REGİONLAR
Ağcabədidə atıcılıq yarışının qalibləri mükafatlandırılıb
Ağcabədi, 6 may, AZƏRTAC
Ağcabədidə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri və gənc əsgərlər arasında atıcılıq yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Təhsil Şöbəsi və N saylı hərbi hissənin dəstəyi ilə keçirilən yarışda məktəblilər və gənc əsgərlər güllə atıcılığı üzrə məharətlərini göstəriblər. Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin komandası birinci, 4 nömrəli tam orta məktəbin komandası ikinci, 9 nömrəli orta məktəbin komandası isə üçüncü yeri tutub.
Sonra gənc əsgərlərin sərrast atış açmaq üzrə məharətlərini nümayiş etdiriblər. Yarışın qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.