CƏMİYYƏT
Ağcabədidə avtomobil ağaca çırpılıb, üç nəfər ölüb
Bakı, 17 dekabr, AZƏRTAC
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Ağdam rayon sakini Şahin Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Ş.Abdullayev və avtomobildə olan sərnişinlərdən sürücünün anası və azyaşlı oğlu hadisə yerində ölüb, digər 4 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]