REGİONLAR


Ağcabədidə bayram tədbiri: Dünyanı uşaqlara verək

Ağcabədi, 1 iyun, AZƏRTAC

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ağcabədi rayon məktəbəqədər təhsil müəssisələrinin fidanlarının iştirakı ilə “Dünyanı uşaqlara verək” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə rayon Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Sonra ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi ziyarət olunub.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə uşaqlar şeir söyləyib, mahnı oxuyub, rəqs ediblər. Əyləncəli viktorinada suallara cavab verən balacalara “Aran” qəzeti tərəfindən hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.