REGİONLAR


Ağcabədidə bədii qiraət müsabiqəsinin qalibləri məlum olub

Ağcabədi, 13 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Ağcabədidə keçirilən bədii qiraət müsabiqəsinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatında keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqədə məktəblilər Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin şeir və qəzəllərini söyləyiblər. Münsiflər heyətinin qərarına əsasən Kəhrizli kənd tam orta məktəbin şagirdi Xədicə Məmmədova birinci, Sarıcalı kənd tam orta məktəbin şagirdi Səbinə Əliyeva ikinci, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Məmmədova üçüncü yerə layiq görülüb.

Qaliblər Bakı şəhərində keçiriləcək müsabiqənin respublika mərhələsində iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.