CƏMİYYƏT


Ağcabədidə brakonyerlər saxlanılıblar

Bakı, 19 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının Ağcabədi rayonunda Mehmangöl adlanan ərazidə keçirdikləri reyd zamanı icazəsiz ova cəhd edən üç nəfər saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyənləşib. Onlardan üç ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib. Onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə, 3000 manat məbləğində cərimələniblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.