REGİONLAR


Ağcabədidə bu günədək 44 min tona yaxın taxıl tədarük edilib

Ağcabədi, 29 iyun, AZƏRTAC

Ağcabədi rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 4245 hektarda arpa, 10 min 191 hektarda buğda biçilib, 43 min 968 ton məhsul tədarük edilib. Bunun 30 min 146 tonu buğda, 13 min 822 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 30,5 sentner təşkil edir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 29 min 762 hektar sahədə taxıl becərilib. Bunun 25 min 211 hektarı buğda, 4551 hektarı arpa zəmiləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.