REGİONLAR


Ağcabədidə əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşır

Ağcabədi, 31 iyul, AZƏRTAC

Ağcabədi rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ilin əvvəlindən rayon ərazisində müxtəlif güclü 33 ədəd zədələnmiş 10/0,4 kv-luq transformator əsaslı təmir olunub, 100 ədəd yararsız ağac dayaq dəmir-beton dayaqlarla, 2,5 kilometr yararsız naqillər yeni AS-50 markalı naqillərlə əvəz edilib. 3 ədəd müasir tipli 10/0,4 kv-luq transformator məntəqəsi şəbəkəyə qoşulub. Rayonun Avşar, Boyat, Hüsülü, Rəncbərlər kəndlərində SİP kabellər xətt çəkilib, 587 ədəd yeni smart tipli sayğac quraşdırılıb.

Hazırda rayon mərkəzini qidalandıran 35/10 kv-luq Ağcabədi-2 yarımstansiyasında yenidənqurma işləri davam etdirilir. Həmin stansiya 110/35/10 kv-luq yarımstansiyaya çevriləcəkdir ki, bu da Ağcabədi şəhərinin dayanıqlı və fasiləsiz enerji ilə təmin olunmasında mühüm rol oynayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.