İDMAN


Ağcabədidə ənənəvi şahmat turniri start götürüb

Bakı, 27 fevral, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi şahmat turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarış iki qrup üzrə keçirilir. A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparırlar. Turnirə respublikanın müxtəlif şəhər və rayonlarından 317 şahmatçı qatılıb.

Doqquz turdan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinqin hesablanması üçün FIDE-yə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.