CƏMİYYƏT


Ağcabədidə evdən oğurluq edən şəxslər saxlanılıb

Bakı, 30 iyul, AZƏRTAC 

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxtakörpü ərazisində qaçqınlar və məcbur köçkünlər üçün salınmış qəsəbədəki evlərin birindən oğurluq edən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər daxil olmuş müraciət əsasında Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Araşdırmalarla onların Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan Sabir Əliyev, Sərxan Mirzəyev, Cavid İsmayılov və Vasif Uluxanov olduqları müəyyən edilib. Onların oğurluq məqsədilə daxil olduqları evdən 4500 ABŞ dolları, balansında 4440 manat olan təqaüd və maaş kartları, dörd qızıl qolbağı, müxtəlif qadın ətirləri və bijuteriya əşyaları götürdükləri məlum olub. Oğurlanmış pulların və əşyaların bir qismi maddi sübut kimi götürülüb. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.