REGİONLAR


Ağcabədidə gənc könüllülər üçün motivasiya təlimi keçirilib

Ağcabədi, 30 iyul, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi, “MOCİ-Qafqaz platforması” və “Resource Hub”ın birgə təşkilatçılığı ilə gənc könüllülər üçün şəxsi inkişaf layihəsi çərçivəsində “Motivasiya" adlı təlim keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən təlim zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi, beynəlxalq təlimçi, fasilitator Ləman Zeynalova gənclər ilə “Motivasiya nədir”, “Motivasiya necə yaradılır”, “Motivasiyanın hansı növləri var”, “Özünü qiymətləndirmə”, “Özünə əminlik”, “Özünü ifadə” mövzularını bölüşüb. Təlimçi gənclər üçün maraqlı oyunlar, eyni zamanda müxtəlif komanda işi təşkil edib.

Təlimin sonunda gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.