Ağcabədidə gənclər üçün “Vətəndaş jurnalistikası” adlı təlim keçirilib
AzerTAg.az
Ağcabədi, 3 avqust, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə gənc könüllülər üçün “Vətəndaş jurnalistikası” adlı növbəti təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn zoom platforması üzərindən həyata keçirilən təlim zamanı CBC Sportun aparıcısı və təlimçi Fərid Axundov tərəfindən gənclərə Vətəndaş jurnalistikası nədir? Vətəndaş jurnalistikasının risklərindən necə qorunmaq olar? Vətəndaş jurnalistikası ənənəvi mediaya tələbi artırırmı? Azərbaycan cəmiyyətində vətəndaş jurnalistikasının təsirləri və sair istiqamətdə məlumatlar verib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var