CƏMİYYƏT
Ağcabədidə hüquq mühafizə orqanlarının əməkdaşları “Evdə qal!” devizi altında aksiya keçiriblər
Bakı, 10 aprel, AZƏRTAC
Ağcabədidə hüquq mühafizə orqanlarının əməkdaşları “Evdə qal!” devizi altında aksiya keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli qurumunun və polis şöbəsinin əməkdaşlarının birgə təşəbbüsü ilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı insanlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Eləcə də hər bir sakinlə maarifləndirici söhbətlər aparılıb, koronavirus pandemiyasının səbəb ola biləcək bütün mənfi hallar barədə geniş məlumat verilib. Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsinin önəmli olduğu vurğulanıb.