REGİONLAR
Ağcabədidə indiyədək 23 min tona yaxın pambıq yığılıb
Ağcabədi, 22 dekabr, AZƏRTAC
Bu il 10 min hektarda pambıq becərən ağcabədili “ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını da nümunəvi təşkil edirlər.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, tarlalardan bu günədək 22 min 872,10 ton pambıq toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 22,8 sentnerdir. Ağcabədi rayonu həm yığılan pambığın miqdarına, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında üçüncü yerdədir. Yağmurlu hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, ağcabədili fermerlər yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq üçün səylə çalışırlar. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC-yə təhvil verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]