CƏMİYYƏT
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb
Bakı, 24 iyul, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə belə qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]