CƏMİYYƏT


Ağcabədidə karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

Bakı, 23 iyul, AZƏRTAC

Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində iki şadlıq sarayında və fərdi evdə keçirilən toy məclislərində pandemiya qaydalarının tələblərinin pozulduğu müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Yunis” şadlıq sarayında təşkil edilən toy mərasiminin iştirakçılarının “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədikləri müəyyən olunub. Həmçinin “Şah” şadlıq sarayı və fərdi evdə keçirilən toy mərasimlərində isə qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qayda pozuntuları ilə əlaqədar altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.