REGİONLAR


Ağcabədidə keçirilən basketbol üzrə rayon birinciliyində 46 komanda mübarizə aparıb

Ağcabədi, 5 noyabr, AZƏRTAC

Basketbol üzrə məktəblilərin respublika çempionatının Ağcabədi rayon mərhələsi şəhər 2 nömrəli tam orta məktəbin komandasının qələbəsi ilə başa çatıb. İkinci və üçüncü yerləri müvafiq olaraq şəhər 1 nömrəli və Təzəkənd kənd tam orta məktəblərinin komandaları tutublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan Milli Olimpiya Komitəsinin və Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən respublika birinciliyinin rayon mərhələsində 46 komanda iştirak edib.

Şəhər 3 nömrəli məktəb-liseyin idman zalında keçirilən yarışın sonunda qaliblərə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.