REGİONLAR


Ağcabədidə keçirilən əmək yarmarkasında 176 nəfər işə göndəriş alıb

Ağcabədi, 20 sentyabr, AZƏRTAC

Ağcabədi rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon Məşğulluq Mərkəzinin direktoru Məhərrəm İbişov, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli və başqaları yarmarkanın açılışında çıxış edərək, ölkədə və Ağcabədi rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.

Əmək yarmarkasına 39 idarə, müəssisə və təşkilat tərəfindən 370 boş iş yeri çıxarılıb. Boş iş yerlərinə görə 125-700 manat məbləğində əməkhaqqı təklif edilib. Yarmarkada iştirak edən 400-dən çox işaxtaran vətəndaşdan 176 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.