REGİONLAR


Ağcabədidə keçirilən şahmat turnirində 14-29 yaş arası idmançılar mübarizə aparıblar

Ağcabədi, 13 avqust, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan maraq və həvəsini nəzərə alaraq 12 Avqust - Beynəlxalq Gənclər Günü münasibətilə şahmat turniri təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin direktoru Fuad Əliyev və Şahmat məktəbinin müəllimi Pərviz Nəcəfov çıxış edərək gəncləri 12 Avqust - Beynəlxalq gənclər günü münasibətilə təbrik edib, gənclərə turnirdə uğurlar arzulayıblar.

Ağcabədi şahmat məktəbində keçirilən turnir ümumilikdə 6-turdan ibarət olub. 14-29 yaş aralığında şahmatçıların iştirak etdiyi turnirdə Elcan Kərimli birinci, Xəzər Hüseynov ikinci, Nail Rüstəmzadə üçüncü yerə layiq görülüb.

Qalib gənclərə hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.