MƏDƏNİYYƏT


Ağcabədidə maddi-mədəniyyət nümunələri aşkarlanıb

Bakı, 26 may, AZƏRTAC

Ağcabədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan “Ədiltəpə yaşayış yeri”ndən bir ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən “Qazantəpə” kurqandan bir ədəd həvəng aşkar olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, maddi-mədəniyyət nümunələri Gəncə Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə baxış keçirərkən aşkar edilib.

Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində “Ədiltəpə yaşayış yeri”nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış, qara rəngli, hündürlüyü 22 sm, eni 19 sm olan su qabı yer üzünə çıxıb.

Mütəxəssislərin bildirdiyinə görə, su qabı e.ə VII-VI əsrlərə aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə olunub.

Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.