REGİONLAR
Ağcabədidə mal-qaraya zoobaytar xidmət göstərilib
Ağcabədi, 10 avqust, AZƏRTAC
Laçın rayon baytarlıq idarəsinin səyyar həkim briqadası tərəfindən laçınlı məcburi köçkünlər tərəfindən Ağcabədi rayonunun Taxtakörpü ərazisində saxlanılan mal-qaraya zoobaytar xidməti göstərilib.
AZƏRTAC xəbər verir ki, səyyar baytar həkim briqadası ərazidəki 32 obada məskunlaşmış rayon sakinlərinin şəxsi təsərrüfatlarında saxlanılan 544 baş iri buynuzlu, 2420 baş xırda buynuzlu, 82 baş təkdırnaqlı heyvanlara baxış keçiriblər. Müayinə zamanı 3 baş iri buynuzlu, 12 baş xırda buynuzlu heyvanda aşkar edilən parazitar xəstəliklər baytar həkimlər tərəfindən nəzarətə götürülüb və yerindəcə müalicə işləri aparılıb. Rayonun kənd təsərrüfatı mütəxəssisləri tərəfindən sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara dair tövsiyələr verilib.