REGİONLAR
Ağcabədidə pambıq zərərvericilərinə qarşı kimyəvi mübarizə işləri aparılır
Ağcabədi, 16 avqust, AZƏRTAC
Ağcabədi rayonunda pambıq zərərvericilərinə qarşı kimyəvi mübarizə işləri aparılır.
Rayon Bitki Mühafizəsi Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, pambıq sahələrində mənənə, trips, tor gənəciyi və pambıq sovkasına qarşı müşahidələr aparılaraq, iqtisadi ziyanlı hədd aşkar olunan sahələrdə kimyəvi mübarizə işləri həyata keçirilir. Müxtəlif preparatlardan istifadə olunmaqla aparılan mübarizənin səmərəliliyi 90 faizdir.
Mərkəzdən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında “Kraun KO” şirkətinə məxsus taxıl sahələrində, Hindarx qəsəbəsi, Avşar, Salmanbəyli, Gələbəddin, Qiyaməddinli, Qaravəlli və digər kəndlərdə siçanabənzər gəmiricilərə qarşı sink fosfid və brodifacoum preparatları ilə kimyəvi mübarizə aparılıb. May-avqust aylarında isə karantin alaq otu olan tikanlı quş üzümünə qarşı Muğanlı, Kürdlər və Ağcabədi şəhəri ərazisində kimyəvi mübarizə işləri həyata keçirilib.