REGİONLAR


Ağcabədidə pambıqçılığın inkişafına həsr olunmuş elmi-praktik seminar keçirilib

Ağcabədi, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunda "Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi" mövzusunda elmi-praktik seminar keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Təzəkənd kəndində Rizvan Şıxəliyevə məxsus fermer təsərrüfatının əkin sahəsində keçirilən seminarda alimlər, pambıqçılıq şirkətlərinin nümayəndələri və bu sahə ilə məşğul olan fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq tarla şəraitində, sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunan seminarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov çıxış edərək, fermerlərə və təsərrüfat sahiblərinə aqrar sahə mütəxəssisləri üçün keçirilən onlayn təlimlər haqqında məlumat verib.

Seminarda Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov “Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin nümayiş əkinlərində görülmüş işlər”, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov “Ağcabədi rayonunda nümayiş əkinlərində aqrotexniki səpinlərin aparılması üzrə fəaliyyət”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev "Azərbaycanda pambıqçılığın inkişafında yerli sortların rolu və təqdimatı", İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva "Pandemiya şəraitində keçiriləcək tədbirin məqsəd və məramı”, fermer Rizvan Şıxəliyev “Fermer təsərrüfatında nümayiş əkinlərində aparılan aqrotexniki tədbirlər” mövzularında çıxışlar ediblər.

Seminarda müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Sonda tarlada nümayiş olunan sortlara baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.