REGİONLAR


Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

Ağcabədi, 3 dekabr, AZƏRTAC

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına dəstək İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağdam Reabilitasiya Mərkəzi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Reabilitasiya Mərkəzinin birlikdə təşkil etdiyi tədbirdə sağlamlıq imkanı məhdud uşaqlar və Ağcabədi regional “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə, Ağdam Reabilitasiya Mərkəzinin rəhbəri Gülər Cəfərova çıxış edərək, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların daim dövlətin qayğısı ilə əhatə olunmasından söz açıblar.

Əyləncəli proqramla davam edən tədbirdə uşaqlar şeirlər söyləyib, rəqs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.