CƏMİYYƏT


Ağcabədidə sahibkarlarla görüşdə qida təhlükəsizliyi qaydaları haqqında məlumat verilib

Bakı, 10 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirini Ağcabədidə keçirib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 100-dək sahibkarın iştirak etdiyi tədbirdə onlara agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılır və onlarla sıx əməkdaşlıq edilir.

Eyni zamanda müasir standartlara cavab verən kəsim məntəqələrinin yaradılması və bu sahədə fəaliyyət göstərən sahibkarlara metodiki dəstək göstəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə Qida Təhlükəsizliyi İnstitutunun göstərdiyi xidmətlər barədə də sahibkarlara geniş məlumat verilib.

Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların üzləşdikləri problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.