REGİONLAR


Ağcabədidə şəhid Camal İbrahimovun xatirəsi anılıb

Ağcabədi, 9 mart, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Camal İbrahimovun xatirəsi onun adını daşıyan Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbdə anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağcabədi şəhərindəki Şəhidlər xiyabanına gələrək C.İbrahimovun məzarını ziyarət edib, ruhuna dua oxuyublar.

Tədbirdə məktəbin direktoru Anar Qasımov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, şəhidin ailə üzvləri və döyüş dostları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar.

Məlumat verilib ki, Camal Yaqub oğlu İbrahimov 1967-ci il noyabrın 1-də Ağcabədi şəhərində anadan olub. Ağcabədi şəhər 8 nömrəli məktəbdə təhsil alıb, 1986-cı ildə keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi xidməti başa vuraraq Vətənə qayıdıb və kənd təsərrüfatı texnikumuna qəbul olub. 1990-cı ildə texnikumu bitirərək Nəriman Nərimanov adına kolxozda briqadir işləyib. Ermənilərin torpaqlarımıza təcavüzü başlayanda Vətənimizin müdafiəsinə yollanıb və 1992-ci il avqustun 20-də Xocavənd rayonunun Əmralılar kəndinin müdafiəsi zamanı şəhid olub. Ağcabədi şəhər 8 nömrəli tam orta məktəb onun adını daşıyır.

Tədbirdə şəhidin anasına "Müharibə veteranı" medalı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.