REGİONLAR


Ağcabədidə şəhid Ceyhun Hüseynovun doğum günü qeyd olunub

Ağcabədi, 7 oktyabr, AZƏRTAC

Ağcabədi rayonunun Arazbar kəndində 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Hüseynov Ceyhun Möhübbət oğlunun doğum günü qeyd olunub. Yaşasaydı, Ceyhunun 30 yaşı olacaqdı...

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Arazbar kənd icra və bələdiyyə nümayəndələri, kənd sakinləri, şəhidin döyüş yoldaşları əvvəlcə şəhidin ailəsinə baş çəkiblər. Döyüş yoldaşları və kənd sakinləri Ceyhun haqqında xatirələrini bölüşüblər. Bildirilib ki, uşaqlıqdan hərb sahəsinə böyük həvəs göstərən Ceyhun vətənpərvərliyi ilə fərqlənirdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmanlıq göstərib. Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Ceyhun Hüseynov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mərasim iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək, önünə əklil və tər gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.