REGİONLAR


Ağcabədidə şəhid ailələri ziyarət olunub

Ağcabədi, 9 mart, AZƏRTAC

Ağcabədidə Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin nümayəndələri şəhid analarına, xanımlarına, onların qız övladlarına bayram sovqatları, hədiyyələr təqdim ediblər.

Söhbət zamanı qeyd olunub ki, şəhid ailələrinə hər zaman yüksək diqqət və qayğı ilə yanaşılmalı və onların həyat şəraitinin yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bütün şəhid anaları, xanımları dəyərli və əzizdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.