İDMAN


Ağcabədidə taekvondo üzrə rayon birinciliyində 107 idmançı iştirak edib

Bakı, 10 sentyabr, AZƏRTAC

Ağcabədi Olimpiya İdman Kompleksində 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, birincilikdə Göyçay və Yevlax rayon komandaları da daxil olmaqla beş komandadan 107 idmançı iştirak edib.

Açıq rayon birinciliyi gərgin mübarizə şəraitində keçib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.

Yekunda ayrı-ayrı çəki dərəcələrində birinci, ikinci və üçüncü yerləri tutmuş taekvondoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.