REGİONLAR
Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
Ağcabədi, 31 dekabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, GTM-nin Qarabağ ofisinin rəhbəri Radə Qafarova və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Rövşən Əhmədov bayram tədbirində çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar. Çıxışlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verilib, bu günün əhəmiyyətindən söhbət açılıb.
Tədbir “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin şagirdlərinin ifasında musiqi nömrələri, rəqslər və səhnəciklərlə davam edib. Şənliyə Şaxta baba və Qar qızın gəlməsi uşaqları daha da sevindirib.
Tədbirdə uşaqlara bayram hədiyyələri təqdim olunub.