REGİONLAR


Ağcabədili fermer pambıq tarlasından 60 sentnerədək məhsul götürmək əzmindədir

Ağcabədi, 11 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini Tofiq İsmayılov bölgənin ən nümunəvi pambıqçılarındandır. Uzun müddət bu sahə ilə məşğul olan fermer son illərdə dövlətimizin pambıqçılığa dəstəyindən yararlanaraq yüksək nəticələrə nail olur.

Tofiq İsmayılov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Prezident İlham Əliyevin pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıdan ruhlanaraq 2017-ci ildə 40 hektar sahədə pambıq becərib və hər hektardan orta hesabla 52 sentner məhsul əldə edib. Onun əməyi dövlət başçısı tərəfindən yüksək qiymətləndirilərək 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bu mükafatı zəhmətinə verilən ən yüksək qiymət kimi dəyərləndirən ağcabədili fermer növbəti illərdə pambığın məhsuldarlığını daha da yüksəldib. Belə ki, hər hektardan 2018-ci ildə 57 sentner, 2019-cu ildə isə 59 sentner məhsul götürüb.

Yüksək məhsuldarlığa aqrotexniki qaydalara düzgün əməl edilməsi, zəhmətsevərlik və torpağa bağlılıq sayəsində nail olduğunu deyən Tofiq İsmayılov bu il də tarlalardan bol məhsul götürmək əzmindədir. “Bu il 40 hektar sahədə pambıq becərmişəm. Əvvəlki illərdə olduğu kimi şum, arat, mala, gübrələmə, suvarma, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə və sair kimi aqrotexniki tədbirləri vaxtında aparmışıq. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu gün isə ilk dəfə olaraq defolyasiya işlərini dronlarla həyata keçirdik. Yarpaqlar töküldükdən sonra məhsulun pambıqyığan kombaynlarla yığımına başlayacağıq. İnanıram ki, 2020-ci təsərrüfat ilini də yüksək göstəricilərlə başa vuracaq, hektarın məhsuldarlığını 60 sentnerə çatdıracağıq", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.