REGİONLAR


Ağcabədili kümçülər üç gündə 4 tondan çox barama təhvil veriblər

Ağcabədi, 5 iyun, AZƏRTAC

Üç gündür ki, Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 4024 kiloqram məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.

Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonun 41 yaşayış məntəqəsində 502 ailə tərəfindən 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu bəslənilib. Cari mövsümdə Ağcabədidə 30 tondan artıq barama tədarükü gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə Ağcabədi rayonunda 3675 kiloqram, 2017-ci ildə isə 16 min 761 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə ümumilikdə 135 min çəkil (tut) tingi əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.