SİYASƏT


Ağcabədili müəllim: Gəncədə törədilən hadisələr dövlətimizə, suverenliyimizə qarşı yönəlib

Ağcabədi, 14 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Bir müəllim kimi Gəncə şəhərində törədilən iğtişaş cəhdini qətiyyətlə pisləyirəm. Çünki bu hadisələr dövlətimizə, suverenliyimizə qarşı yönəlib.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ağcabədi rayon Bilağan kənd tam orta məktəbin müəllimi Bəxtiyar Quliyev deyib.

O bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişafı, apardığı müstəqil siyasət respublikamızı sevməyən qüvvələri narahat edir. Ancaq bu qüvvələr heç vaxt istəklərinə nail ola bilməyəcəklər. Çünki dövlətimizin sükanı etibarlı əllərdədir, respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət bizi daim irəliyə doğru aparır. Azərbaycan Silahlı Qüvvələri, o cümlədən polis orqanları dövlətimizin, xalqımızın, müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanıb.

“Gəncə şəhərində baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı təxribatçı, pozucu, radikal qüvvələrə öz niyyətlərinə çatmağa imkan verməyəcək. Hadisəni törədənləri, ölkəmizdə iğtişaşa cəhd edənləri lənətləyirəm”, - deyə B.Quliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.