REGİONLAR


Ağcabədili qadınlar ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal iştirakçılarıdır

Ağcabədi, 8 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Bayram süfrəsi arxasında davam edən tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə qadınları təbrik edib, onlara xoşbəxtlik, ailə səadəti və uğurlar arzulayıblar. Dünya qadınları arasında layiqli yerini tutan Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü diqqətə çatdıran natiqlər müstəqil Azərbaycanda uğurla fəaliyyət göstərən, cəmiyyət quruculuğuna dəyərli töhfələr verən qadınlarımızın əməyini yüksək qiymətləndiriblər. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da qadınlar həyata keçirilən sosial-iqtisadi siyasətin fəal iştirakçılarıdırlar.

Tədbirdə qadınlara gül dəstələri, hədiyyələr və fəxri fərmanlar verilib. Rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.

X X X

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında da tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə təşkilatın inzibati binasının foyesində kənd investisiya layihəsi çərçivəsində fəaliyyət göstərən “Uğur” və “İnam” qadın inkişaf qruplarının üzvlərinin istehsal etdikləri məhsullardan ibarət sərgi ilə tanış olublar.

YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov zərif cinsin nümayəndələrini əlamətdar gün münasibətilə təbrik edib, qadınların respublikamızın ictimai-siyasi həyatında fəal mövqe tutduqlarını qeyd edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə digər çıxış edənlər də qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən danışıblar. Bildirilib ki, Azərbaycan qadınları bu gün bütün sahələrdə fəal təmsil olunur, kişilərlə çiyin-çiyinə çalışırlar. Azərbaycan qadını həm həkim, müəllim, memar, dövlət qulluqçusu, hərbçi, ictimai-siyasi xadim, həm də qayğıkeş ana və vəfalı həyat yoldaşıdır.

Bayram tədbirində YAP sıralarına daxil olan bir qrup qadına üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara fəxri fərmanlar təqdim edilib.

Sonda Ağcabədi şəhər 5 nömrəli uşaq bağçası-körpələr evinin uşaqları və 5 nömrəli tam orta məktəbinin şagirdləri şeirlər söyləyərək xanımları bayram münasibətilə təbrik ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.