REGİONLAR
Ağcabədinin “Qarabağ” rəqs kollektivi “Qafqaz Çempionatı-2019” yarışmasının qalibi olub
Ağcabədi, 11 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər uşaq incəsənət məktəbinin “Qarabağ” rəqs kollektivi Gürcüstanda keçirilən “Qafqaz Çempionatı-2019” rəqs yarışmasının qalibi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 6-7-də Tbilisi şəhərində təşkil olunan “Qafqaz Çempionatı-2019” yarışmasında Gürcüstan, Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan olan rəqs qrupları iştirak edib.
Turnir çərçivəsində fərqli yaş kateqoriyalarında və müxtəlif rəqs proqramları ilə bir neçə müsabiqə keçirilib. Yarışmada Azərbaycanı “Jam SS”, “Buta rəqs qrupu” və Ağcabədinin “Qarabağ” rəqs kollektivi təmsil edib.
“Qafqaz Çempionatı-2019” rəqs yarışmasında Ağcabədi şəhərinin “Qarabağ” rəqs kollektivi” Vyana Valsı” adlı rəqslə turnirin qalibi olub. “Qarabağ” rəqs kollektivi həmçinin aprelin 7-də Tbilisi Dövlət Filarmoniyasında keçirilən “Bahar rəngləri” rəqs festivalında “Şifon ilə rəqs” adlı nömrəsi ilə çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]