CƏMİYYƏT


Ağcaqanadlara qarşı yeni mübarizə üsulları işlənib hazırlanıb

Bakı, 20 iyul, AZƏRTAC

Çin alimlərinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə apardıqları tədqiqat denge qızdırmasını, Zika virusunu və digər təhlükəli xəstəlikləri yayan ağcaqanadlara qarşı mübarizədə irəliyə doğru atılmış çox ümidverici addımdır.

AZƏRTAC FAO-ya istinadla xəbər verir ki, alimlər iki metoddan ibarət kombinasiya tətbiq ediblər: nüvə sterilizasiyasını və bakterial təsiri. Nəticələr göstərir ki, bu metodun köməyi ilə dünyada ağcaqanadların ən invaziv növlərinin səhra populyasiyasını, demək olar, tamamilə aradan qaldırmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.