CƏMİYYƏT


Ağdam, Ağcabədi və Siyəzən rayonlarında qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxslər aşkarlanıb

Bakı, 8 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların ərizələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdam, Ağcabədi və Siyəzən rayonlarının ərazisində qanunsuz qum-çınqıl hasilatı faktları ilə bağlı araşdırmalar aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Elman Nəcəfova ayrılmış ərazidən kənarda, Ağcabədi rayonu ərazisində “Qarqarçay” qum-çınqıl yatağında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əliş Əhmədova ayrılmış ərazidən kənarda, Siyəzən rayonu ərazisində “Gilgilçay” qum-çınqıl yatağında hüquqi şəxs - “Rivaes” MMC-nə ayrılmış ərazidən kənarda qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılmasının faktları aşkar edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.