CƏMİYYƏT


Ağdam, Bərdə və Tərtər rayonlarının park və yaşıllıqlarında fitosanitar müşahidələr aparılıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişləri Ağdam, Bərdə və Tərtər rayonlarının ərazisində yerləşən 22 hektar park və yaşıllıqlarda həyata keçirilən monitorinqlər nəticəsində 6 hektar sahədə karantin tətbiq edilən zərərvericilər olan Yaponiya yalançı qalxanlı mumlu yastıcası və komstok yastıcası ilə zəif sirayətlənmə aşkar olunub.

Bununla əlaqədar olaraq, mübarizə tədbirləri çərçivəsində mexaniki təmizləmə işləri aparılıb və digər zəruri tədbirlər həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.