CƏMİYYƏT


Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi prosesi gedir

Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi prosesi gedir

Bakı, 9 dekabr, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə 6 ədəd modul tipli xəstəxananın tikilməsi prosesi gedir.

Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Şuşada artıq modul tipli xəstəxana tikilib və istifadəyə verilib. Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi prosesi gedir, sənədləşdirmə işləri həll edilir.

Cari il fevralın 13-də təməli qoyulan 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanası 6 hektardan çox ərazidə inşa olunur. Bu tibb müəssisəsində qəbul, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar cərrahiyyəsi, oftalmologiya, LOR, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.

Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılmış Şuşa Modul Tipli Xəstəxanası, Zəngilan rayonunun Ağalı kənd inzibati ərazindəki Ailə Sağlamlıq Mərkəzi və Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsindəki Ailə Sağlamlıq Mərkəzi həkim, orta tibb işçiləri, sürücü və təcili tibbi yardım avtomobilləri ilə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.