REGİONLAR


Ağdam Dövlət Dram Teatrında növbəti premyera

Ağdam, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC 

Ağdam Dövlət Dram Teatrında Yusif Əzimzadənin “Mən Molla Nəsrəddin olacağam” komediyası əsasında hazırlanmış tamaşanın premyerası olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti Novruz Cəfərov, rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Tamaşada əsas rollarda Əməkdar artist Fəqumə Yusifova, həmçinin Qalib Abdullazadə, Cəfər Bayramov, Suliddin Quliyev, Xəyalə Xudadatova, Elgiz Mürşüdov və başqaları oynayıblar.

Tamaşa Ağdam ictimaiyyəti və teatrsevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.