Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ağdam Sənaye Parkı rayonun yenidən qurulmasında mühüm rol oynayacaq - FOTO VİDEO

Ağdam, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər, havalandırma, yanğınsöndürmə avadanlıqları, polimer məhsullar, Günəş enerjisi ilə qidalanan işıq dirəkləri və digər qurğular... Ağdam Sənaye Parkının rezidentlərinin istehsal edəcəkləri bu məhsullar rayonda aparılan tikinti-quruculuq işlərində istifadə olunacaq.

AZƏRTAC-ın bölgə müxbiri Ağdam Sənaye Parkına gedərək, burada görülən işlərlə tanış olub.

Ağdam Sənaye Parkının ümumi ərazisi 190 hektardır. Artıq sosial zonanın təşkili istiqamətində işlər yekunlaşıb. Burada yataqxana, yeməkxana, anbar, market, çamaşırxana, tibb məntəqəsi, ödəniş məntəqəsi, bankomat, idman meydançasından ibarət sosial zona və mobilizasiya şəhərciyinin qurulması işləri tamamlanıb. Sosial zonanın işıqlandırılmasında Günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Sənaye Parkı sürətli internetlə də təmin olunub.

Parkda 2 ədəd 400 kV-luq, 1 ədəd 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA 110/35/6 elektrik yarımstansiyasının özül çalasının torpaq işləri başa çatıb, dəmir beton özülün hazırlıq işləri görülür. Tikinti aparılan sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb.

Sahə mühəndisi Səxavət Zeynallı bildirib ki, Sənaye Parkında hazırda inzibati binanın, 4 ədəd su anbarının, nasosxananın tikintisi həyata keçirilir. İnzibati binanın bir bloku iki, digər bloku isə dördmərtəbəli olacaq. Hazırda binanın təməlində dəmir-beton işləri başa çatdırılıb, əks-dolğu işləri aparılır.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. İndiyədək 12 sahibkarlıq subyektinə rezident statusu verilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Xazin Hidayətov bildirib ki, artıq rezidentlərin bir çoxu tikinti işlərinə başlayıb. Belə ki, “Metkons” MMC havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatların, “Dadaş-N” MMC müxtəlif çeşiddə xalçaların, “Veliev” MMC prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start veriblər. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.

Müxtəlif çeşiddə xalçaların istehsalı ilə məşğul olacaq “Dadaş-N” MMC Ağdam Sənaye Parkında 3 hektar ərazidə iki fabrik inşa edəcək. MMC-nin nümayəndəsi Ərəstun Hüseynov bildirib ki, artıq xalçaçılıq və iplik fabriklərinin təməli qazılıb. İşçilər üçün yataqxana binasının təməli isə qazılmaqdadır.

Ağdam Sənaye Parkında üç şirkətə qeyri-rezidentlik statusu verilib. Onlardan “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlayıb. “Yüksəl Beton” QSC-nin Ağdam Sənaye Parkındakı direktoru Məhəmməd Çilin sözlərinə görə, zavod saatda 120 kub beton istehsal etmək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılacaq. Müəssisə Ağdam Sənaye zonasındakı və Ağdam şəhərindəki tikintiləri betonla təmin edir.

Ümumilikdə, Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya yatırılacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Ağdam Sənaye Parkı rayonun yenidən qurulmasında mühüm rol oynayacaq - FOTO VİDEO

Nazir Ceyhun Bayramov: Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik

Bu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib

Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb

Anqlikan Kilsəsinin dini rəhbəri Azərbaycanın dinə sekulyar yanaşmasını müsbət hal kimi dəyərləndirib

Fransada 35 dərəcə istilər gözlənilir

“Heydər Əliyev İli” çərçivəsində Masallıda seminar təşkil edilib

Bakı ilk dəfə Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib

ADNSU-da tədrisin müasirləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

® “Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib

Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb

Selçuk Bayraktar “Bilim Bakı”da

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistan XİN başçısına təqdim edib

Parlamentdə daha bir qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

BMT-nin Ermənistanın hesabatı ilə bağlı iclasında Qərbi Azərbaycan İcması da təmsil olunacaq

Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini birinci oxunuşda təsdiqlədi

74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

AQTİ “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda növbəti təlim təşkil edib

Turizm sahəsində fərqlənən şəxslər təltif olunublar

Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub

Xocalıya və Xankəndiyə Böyük Qayıdışın səmərəli şəkildə  təşkili ilə bağlı hazırlıq işləri aparılır VİDEO

Avrozonada işsizlik səviyyəsi 6,4 faizə enib

Astarada bir neçə min il əvvələ aid qədim gil tütək saxlanılır FOTO