ELM VƏ TƏHSİL


“Ağdam çörək muzeyi” mətni üzrə dərs icmalı müzakirə olunub

Bakı, 22 oktyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün növbəti “Refleksiv müəllim” seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda 43 fənn müəlliminin iştirakı ilə VI sinif “Azərbaycan dili” dərsliyində yer alan “Ağdam çörək muzeyi” mətni üzrə dərs icmalı müzakirə olunub.

Seminar zamanı qeyd olunan mövzuda dərs icmalı təqdim edilib və iştirakçılar dərslə bağlı təklif, irad və qeydlərini bildiriblər. Daha sonra “Mən olsaydım, bu dərsi daha yaxşı necə tədris edərdim?” sualı əsasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və müəllimlər öz təcrübələrini həmkarları ilə bölüşüblər.

Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək, müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq, konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.