CƏMİYYƏT
Ağdam rayon sakinindən 1,5 kiloqramdan çox marixuana aşkar edilib
Bakı, 15 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sarıçoban kənd sakini, əvvəllər məhkum olunmuş F.Allahverdiyevə məxsus yardımçı təsərrüfatdan kultivasiya yolu ilə yetişdirilmiş 12 çətənə kolu və 1,5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.