REGİONLAR


Ağdam rayonunda 35 ədəd subartezian quyusunun qazılması işləri başa çatıb

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Ağdam rayonunda 35 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması işlərini tam başa çatdırıb.

Səhmdar cəmiyyətin təmsilçisi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, 2018-ci il noyabrın 5-də Prezident İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 ədəd subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

Artıq həmin quyuların layihələndirilməsi və qazılması işləri tam başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.