REGİONLAR


Ağdam rayonunda 427 hektar sahədə təkrar əkin aparılıb

Ağdam, 20 avqust, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə mülkiyyətçilər 427 hektar sahədə təkrar əkin aparıblar. Bunun da 307 hektarını yem bitkiləri, 120 hektarını tərəvəz, bostan, kökümeyvəlilər və köküyumrular təşkil edib. Bundan başqa, payızlıq əkinləri üçün 3470 hektarda şum qaldırılıb. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.