REGİONLAR


Ağdam rayonunda 436 hektar sahədə təkrar əkin aparılıb

Ağdam, 14 sentyabr, AZƏRTAC

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, fermerlər 436 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 360 hektarı qarğıdalı, 21 hektarı yem üçün sorqo, 26 hektarı darı, 29 hektarı müxtəlif növ tərəvəz bitkiləridir.

Bundan başqa Ağdam rayonunda payızlıq yem bitkiləri və dənlilərin səpilməsi üçün 9620 hektarda şum qaldırılıb, 262 hektarda xəsil əkilib. Hazırda rayonda məhsul yığımı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, pambıq yığımına və növbəti təsərrüfat ilinə hazırlıq işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.