REGİONLAR


Ağdam rayonunda bu günədək 44 min 559 ton taxıl tədarük olunub

Ağdam, 14 iyul, AZƏRTAC

Ağdam rayonunda taxıl biçini davam edir. Bu günədək 10 min 295 hektar sahədə biçin aparılıb, 44 min 559 ton məhsul götürülüb. Hər hektarın orta məhsuldarlığı 40,2 sentnerdir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağdam Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, rayonda arpa biçini yekunlaşıb. 2046 hektar arpa sahəsindən 7509 ton məhsul tədarük olunub. Bu günədək biçilmiş 9049 hektar buğda zəmisindən isə 37050 ton məhsul toplanıb. Hər hektarın orta məhsuldarlığı arpa sahələrində 36,7 sentner, buğda sahələrində isə 40,9 sentnerdir. Buğda biçini davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.