REGİONLAR


Ağdam rayonunda daha bir kənd yolu asfaltlanıb

Ağdam, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülür. Son illərdə rayonda ümumi uzunluğu 100 kilometrə yaxın olan Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli, Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, Əfətli-Hacıturalı-Həsənxanlı, Kolqışlaq–Mirəşelli–Əhmədağalı–Çıraxlı, Səfərli-Zəngişalı-Hacılar avtomobil yolları yenidən qurulub.

Ağdam rayonunda növbəti təmir işi Eyvazlı kənd yolunda aparılıb. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlər üçün çətinliklər yaradırdı. Nəhayət, çətin günlər geridə qalıb. Belə ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Eyvazlı kənd yolu əsaslı təmir edilib. Təmir işləri zamanı yol yatağı genişləndirilib, qum-çınqıl qarışığı ilə hamarlanıb və asfalt örtük salınıb.

Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 10 fərdi yaşayış evinin yerləşdiyi küçə də asfaltlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.