REGİONLAR


Ağdam rayonunda ət və süd istehsalı artıb

Ağdam, 9 sentyabr, AZƏRTAC

Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2021-ci ilin doqquz ayında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2021-ci ilin yanvar-avqust aylarında təsərrüfatlarda 3257,7 ton ət, 27 min 368 ton süd istehsal edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı 4,9 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2021-ci ilin səkkiz ayında 3032 baş inək və düyə süni yolla mayalandırılıb, 1996 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.