REGİONLAR


Ağdam rayonunda indiyədək 10 min 847 hektar sahədə payızlıq səpin aparılıb

Ağdam, 8 dekabr, AZƏRTAC

Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ildə rayonda 14 min 347 hektar taxıl sahəsindən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur. Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri, həmçinin 4 min 105 hektar tərəvəz, bostan, kökümeyvəlilər və köküyumrular sahəsinin 3978 hektarında yığım apararaq, 90 min 216,2 ton məhsul toplayıblar. Bununla yanaşı, rayonda 4072 ton meyvə, 404 ton üzüm istehsal olunub.

Ağdam fermerləri payızlıq səpini də davam etdirirlər. Bu günədək rayonun təsərrüfatlarında 15 min 592 hektar sahədə şum qaldırılıb, 10 min 847 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Payızlıq səpinin 1086 hektarını yaşıl yem, 8156 hektarını dən üçün buğda, 1605 hektarını dən üçün arpa təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.