REGİONLAR


Ağdam rayonunda karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir

Ağdam, 7 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı geniş tərkibli videomüşavirəsində verilən tapşırıqlara uyğun olaraq Ağdam rayonunda növbəti reyd keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri və mobil qrupların üzvləri Quzanlı qəsəbəsində sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunmasının və tibbi maskalardan istifadənin zəruri olduğu bildirilib, gigiyenik qaydalara düzgün riayət edilməsi tövsiyə olunub. Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə əsasən Ağdam rayonunda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4-5 nəfər olmaqla 18 mobil qrup fəaliyyət göstərir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.